"Çin Taypeyini təmsil edən Liu Vey-Tinqə qarşı ilk görüşdə sağ ayağım zədələndi. Çətin döyüş alındı. Ayağıma 2-3 nöqtədən zərbə dəydi. Həmin zədə mənə ikinci qarşılaşmada rahat mübarizə aparmağa mane oldu".
Unikal.org-un məlumatına görə, bu fikirləri Azərbaycan taekvonduçusu Milad Beigi Hərçəqani Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni dayandırması barədə danışarkən deyib.
80 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda uduzduğu Nikita Rafaloviçin (Özbəkistan) onu yaxşı analiz etdiyini bildirib: "Rəqib xal qazanmağa imkan vermirdi".
Hərçəqani karyerasını bitirmək barədə düşünmədiyini sözlərinə əlavə edib: "Bir məğlubiyyətə görə idmanla vidalaşmaq olmaz. Hələ özümə inanıram. Ümid edirəm ki, qarşıda nəticələr olacaq".
Taekvondoçu ona dəstək olanlardan üzr istəyib: "Məni sevənlər üzürlü hesab etsinlər. Nəticə yaxşı olmadı və onları sevindirə bilmədim. Söz verirəm ki, gələn yarışda bacardığımı edəcəyəm və yaxşı nəticə qazanacağam".