Bu gün Çempionlar Liqasında 2-ci mərhələnin cavab oyunlarına start verilib.
Unikal.org xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib. Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya” Estoniya səfərində “Flora” ilə qarşılaşıb. Komandalar arasında Polşada baş tutan ilk görüşdə “Legiya” 2:1 hesablı qələbə qazanmışdı. Cavab görüşündə də qalib gələn Polşa çempionu növbəti mərhələyə adlayıb.
Xorvatiyanın “Dinamo” komandası Kipr “Omoniya”sının qonağı olub. Minimal hesabla qalib gələn xorvatlar mərhələ adlayan tərəf olub. Finlandiyanın HİK komandası isə İsveç “Malmö”sünü sınağa çəkib. Bu cütün məğlubu – HİK Avropa Liqasının 3-cü mərhələsində “Neftçi” – “Olimpiakos” (Yunanıstan) cütünün uduzanı ilə qarşılaşacaq.
Azərbaycanın turnirdəki təmsilçisi “Neftçi” sabah meydana çıxacaq. “Ağ-qaralar” Bakıda Yunanıstanın “Olimpiakos” komandasını qəbul edəcək. “Neftçi” ilk matçda səfərdə rəqibinə 0:1 hesabıyla uduzub.
Çempionlar Liqası, 2-ci mərhələ, cavab oyunları
27 iyul
Flora (Estoniya) – Legiya (Polşa) 0:1
İlk oyun 1:2
HİK (Finlandiya) – Malmö (İsveç) 2:2
İlk oyun 1:2
Omoniya (Kipr) – Dinamo (Zaqreb, Xorvatiya) 0:1
İlk oyun 0:2
Jalgiris (Litva) – Ferentsvaroş (Macarıstan) 1:3
İlk oyun 0:2
28 iyul
21:00 Neftçi – Olimpiakos (Yunanıstan)
İlk oyun 0:1
21:00 Şerif (Moldova) – Alaşkert (Ermənistan)
İlk oyun 1:0
21:30 ÇFR (Rumıniya) – Linkoln (Cəbəllütariq)
İlk oyun 2:1
21:45 Midtyulland (Danimarka) – Seltik (Şotlandiya)
İlk oyun 1:1
22:00 Qalatasaray (Türkiyə) – PSV (Niderland)
İlk oyun 1:5
22:00 Ludoqorets (Bolqarıstan) – Mura (Sloveniya)
İlk oyun 0:0
22:15 Yanq Boyz (İsveçrə) – Slovan (Slovakiya)
İlk oyun 0:0
22:30 Sparta (Praqa, Çexiya) – Rapid (Avstriya)
İlk oyun 1:2
22:30 Srvena Zvezda (Serbiya) – Kayrat (Qazaxıstan)
İlk oyun 1:2