Əfqanıstanın paytaxtı Kabildə müdafiə naziri general Bismilla Xan Məhəmmədinin evinə edilən hücum zamanı ölənlərin sayı 8 nəfər çatıb.

Unikal.org xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

***

09:06

Əfqanıstanın müdafiə naziri vəzifəsini icra edən Bismillah Məhəmmədinin evinin yaxınlığındakı avtomobilin partlaması nəticəsində ən az 4 nəfər ölüb, daha 20 nəfər yaralanıb. Bundan sonra təhlükəsizlik qüvvələri ilə hücum edənlər arasında qarşıdurma olub.

Unikal.org-un məlumatına görə, bu barədə AFP agentliyi Əfqanıstanın təhlükəsizlik xidmətində olan mənbələrə istinadən bildirib.

Mənbələr avtmobilin kamikadze tərəfindən idarə edildiyini qeyd ediblər.