Yaponiya parlamentinin üzvü, uzun illər Tokio ilə Moskva arasında dialoq məsələləri ilə məşğul olan Muneo Suzuki, Yaponiyanın Baş naziri Yoşihide Suqanın qarşıdan gələn Şərq İqtisadi Forumu (EEF) çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istədiyini bildirib.
Unikal.org xəbər verir ki, bu barədə çərşənbə axşamı məlumat yayılıb.
"Diplomatik təmaslara şəxsi görüş formatında başlasaq, sülh müqaviləsi üzrə danışıqlar irəliləyəcək", - deyə millət vəkili əlavə edib.
Muneo Suzuki, Yaponiyanın keçmiş Baş naziri Şinzo Abenin Yaponiya-Rusiya münasibətləri üzrə qeyri-rəsmi müşaviri hesab olunur. Moskva və Tokio uzun illərdir ki, sülh müqaviləsini hazırlamaq üçün məsləhətləşmələr aparır.
Qeyd edək ki, Şərq İqtisadi Forumu sentyabrın 2-dən 4-dək Vladivostokda hibrid formatda keçiriləcək.
Ağarza Elçinoğlu