Seneqalda buraxılış imtahanı zamanı maraqlı olay yaşanıb.
Unikal.org xəbər verir ki, 22 yaşlı kollec tələbəsi Xadim Mboup sevgilisinin əvəzinə buraxılış imtahanına girib. Belə ki, o, sevgilsinin geyimlərini geyinərək, üzünü maska ilə örtüb. Lakin gəncin hərəkətləri və nitqi müəllimlərin diqqətini çəkib. İmtahan zamanı aparılan yoxlamada məlum olub ki, lisey məzununun yerinə kollec tələbəsi imtahan veribmiş.
Xadim imtahandan azad olunub. Daha sonra imtahan qaydalarını pozduqlarına görə, hər iki gənc polis tərəfindən saxlanılıb.