Xəbər verdiyimiz kimi, Antalya şəhərində itkin düşən jurnalistika fakültəsinin tələbəsi Azra Gülendam Haytaoğlunun parçalanmış cəsədi tapılıb.
Unikal.org haberler.com-a istinadən xəbər verir ki, kirayə qaldığı ev sahibi tərəfindən qətlə yetirən Azranın ölümü hər kəsi sarsıdıb. Belə ki, qatilin Azranın cəsədini iri sellefonlarda daşıdığı anlar müşahidə kameralarına anbaan əks olunub.
Əmlakçının şəhərin mərkəzində heç nə olmamış hərəkət etməsi diqqətdən yayınmayıb. Əldə edilən həmin görüntülər məhkəməyə verilib.
Qeyd edək ki, 22 yaşlı qızın ölümünə səbəb olan əmlakçı qısa zamanda polis tərəfindən saxlanıb. Azranın 5 hissəyə bölünmüş cəsədi isə tibbi ekspertizaya göndərilib. Məlum olub ki, əmlakçı qıza təcavüz edib, sonra isə hamam otağında qətlə yetirib.
Cinayətin təfərrüatları araşdırılır.
Gülayə Mecid