"Amnesty International" 2021-ci ilin ilk yarısında, Səudiyyə Ərəbistanda edam cəzalarının artmasından yazıb.
Unikal.org xəbər verir ki, İngiltərədə yerləşən təşkilat, krallığın 2021-ci ilin yanvar-iyul ayları arasında ən çoxu 40 nəfəri edam etdiyini, 2020-ci ilə nisbətən daha çox olduğunu qeyd edib.
Qeyri-hökumət təşkilatı həmçinin də, Səudiyyə Ərəbistanının G-20 ölkə qrupunun başçılığını İtaliyaya təhvil verdikdən dərhal sonra yenidən edamlara başladığını bildirib.
Gülayə Mecid