Adanada 21 yaşlı qız sosial şəbəkədən tanış olduğu  25 yaşlı Əli adlı şəxsin təcavüzünə  məruz qalıb. 

Unikal.org  xəbər verir ki, tanışlığa səbəb gənc qızın hüquq fakültəsinə qəbul olmaq istəyi olub. Belə ki, Əli ona vədlər verərək, görüşməyin vacib olduğunu  vurğulayıb. Hətta o,qıza görüşə gələndə rəsmi sənədlərini gətirməsini tələb edib. Oğlan gənc qızı bir dostunun köməyilə Marmara Universitetinin Hüquq fakültəsinə yerləşdirəcəkmiş.

Bu səbəblərdən 21 yaşlı qız onunla görüşüb. Lakin onların görüşü xoş sonluqla bitməyib. Əli 21 yaşlı qıza təcavüz edib. Qız ondan qurtulmağa çalşsa da, onu ölümlə hədələyib. Bunlara baxmayaraq, qız qaçaraq, ətrafdakı insanlardan kömək istəyib.  

25 yaşlı Əli polis tərəfindən saxlanılıb. Gənc qız ailəsinə  təhvil verilib.  

 Gülayə  Mecid