Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 108 nəfər həyatını itirib.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 245 152 nəfər test edilib, onların 24 297-nin koronavirus testi pozitiv nəticə verib, 6636 nəfər sağalıb.
Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla 74 901 234 nəfərə peyvənd tətbiq edilib.