Dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı 200,1 milyonu ötüb.
Unikal.org xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytı məlumat yayıb.
Məlumata görə, dünyada COVID-19-a 200 174 883 yoluxma aşkarlanıb. Son sutkada daha 658 630 nəfərin koronavirusa yoluxması məlum olub.
Qeyd edilir ki, dünyada koronavirusdan ölənlərin ümumi sayı 4 255 892 nəfərə çatıb. Son 24 saat ərzində isə 10 215 pasiyentin həyatını xilas etmək olmayıb.
Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Siyahıda sonrakı yerlərdə Hindistan, Braziliya, Rusiya qərarlaşıb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.