Burkina-Fasonun şimalında silahlı qarşıdurma baş verib.
Unikal.org xəbər verir ki, bu barədə “TASS” ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Qeyd olunub ki, hərbçilərlə yaraqlılar arasında baş verən atışma zamanı 15 hərbçi də daxil olmaqla 19 nəfər öldürülüb, ondan çox silahlı zərərsizləşdirilib.
Bildirilib ki, silahlı şəxslər iki kəndə daxil olaraq yerli sakinlərlə atəş açıblar. Nəticədə 11 nəfər qətlə yetirilib. Hərbçilər hadisə yerinə gəldikdən sonra tərəflər arasında atışma baş verib.
Hazırda qarşıdurmanın baş verdiyi bölgə hökumət qüvvələrinin tam nəzarətindədir. Geri çəkilən yaraqlıların axtarışı üçün aviasiya istifadə olunmaqla əməliyyat həyata keçirilir.