Türkiyədə 9 gün ərzində 38 vilayətdə 180 meşə yanğınının qarşısı alınıb.
Unikal.org xəbər verir ki, bunu ölkənin kənd və meşə təsərrüfatı naziri Bəkir Pakdemirli "Twitter" səhifəsində bildirib.
Nazir qeyd edib ki, hazırda 5 vilayətdə 12 meşə yanğını davam edir.
Son məlumatlara əsasən, Antalyada 2, Aydında 1, Dənizlidə 1, İspartada 1 və Muğlada 7 nöqtədə yanğınla mübarizə aparılır.