"CNN" telekanalı koronavirusa qarşı vaksin olunmadan ofisə gələn üç işçisi ilə olan müqaviləsinə xitam verib.
Unikal.org xəbər verir ki, bu barədə kanal rəhbəri Ceff Suker məlumat verib.
"Ötən həftə öyrəndik ki, üç işçimiz peyvənd edilmədən ofisə gəlib. Onların hər üçü işdən azad edildi. Bu mövzuda siyasətimizi sıfır tolerantlıq üzərində qurduğumuzu açıq şəkildə bəyan edirik", - deyə CNN-nin prezidenti əməkdaşlarına xəbərdarlıq edərkən vurğulayıb.
Ağarza Elçinoğlu