Hindistanın Qərbi Benqal əyalətində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 23 nəfər ölüb.
Unikal.org xəbər verir ki, Qərbi Benqal əyalətinin müxtəlif bölgələrində yağan güclü yağışlar səbəbiylə bəzi yaşayış məntəqələrində çayların və bəndlərin daşdığı bildirilib.
Təxminən 250 min insanın evini tərk etməsi lazım olan daşqınlarda itkin düşənlərdə var. Əraziyə xilasedici qüvvələr cəlb olunub. Axtarış işləri davam etdirilir.
Gülayə Mecid