Belaruslu məşqçilər Yuri Moyiseyeviç və Artur Şumakın akreditasiyası Beynəlxalq Olimpiya Komitəsi tərəfindən ləğv edilib.

Unikal.org xəbər verir ki, treynerlər Olimpiya Kəndindən kənarlaşdırıb.

Məlumata görə, onların qovulmasına səbəb kimi atlet Kristina Timanovskaya ilə əlaqədar qalmaqal göstərilib.

Bu addım Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Yaponiyanın paytaxtında olan Belarus idmançılarının rifahı naminə müvəqqəti tədbir kimi atılıb. Şumak və Moyiseyeviçə öz mövqelərini bildirmək imkanı isə gələcəkdə veriləcək.

Qeyd edək ki, Timanovskaya ixtisaslaşmadığı estafet qaçışına məcbur edilməsinə etiraz əlaməti kimi yığma rəhbərliyini tənqid edib. Əvəzində isə Belarus Milli Olimpiya Komitəsi onu iştirak ərizəsindən çıxarıb və özünün razılığı olmadan Tokiodan Minskə deportasiya etməyə çalışıb.

Ölkəsində həbs olunacağından qorxan idmançı hava limanında Yaponiya polisindən kömək istəyib. Beləliklə, Belarusa qayıtmayan atlet sonradan humanitar viza alaraq, Polşanın paytaxtı Varşavaya gedib. 

Ağarza Elçinoğlu