Hücumçu Lionel Messi PSJ ilə müqaviləsini razılaşdırıb.

Unikal.org xəbər verir ki, bunu ESPN bildirib. 

Məlumata əsasən, futbolçu bu axşam Parisə yollanacaq. Qarşıdakı günlər ərzində o, tibbi baxışdan keçərək Fransa klubu ilə “2+1” prinsipilə müqavilə imzalayacaq.

İdman jurnalisti Fabrisio Romano da bu məlumatları təsdiqləyib. Onun sözlərinə görə, tərəflər arasındakı müqavilənin nüsxəsi artıq futbolçunun atası Xorxe Messiyə təqdim olunub.