Qəbələ rayonunun Vəndam qəsəbəsində ümumi sahəsi 160 m² olan kürsülü birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, evə bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.