Antalyanın Titreyengöl küçəsində Azərbaycan vətəndaşı qəza törədib. 

Unikal.org-un məlumatına görə, E.İ adlı azərbaycan vətəndaşı istifadəsində olan 07-AOZ-352 dövlət nömrə nişanlı avtomobillə qəza törədib. Sürücü idarə etməni ititrərək yol kənarındakı bardyorlara çırpılıb. Çırpılma nəticəsində avtomobil aşıb. 

Qəzada avtomobildə olan Azərbaycan vətəndaşı Ş.A xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları və  səhiyyə işçiləri cəlb olunub. Sərnişin Ş.A xəstəxanaya yerləşdirilib. Sürücü E.İ isə hadisə yerindən qaçıb. 

Hadisə yerini tərk edən Azərbaycan vətəndaşı E.İ., qəzadan qısa müddət sonra Polis Bölməsinə gəlib. Onun spirtli içki qəbul etdiyi müəyyən edilib.

Daha sonra E.İ.-nin sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılıb. 

Gülayə Mecid