Britaniya vətəndaşlarının və onlarla əməkdaşlıq edən əfqanların təxliyyəsinə kömək etmək üçün Əfqanıstana əlavə 200 hərbi qulluqçu göndərəcək.

Unikal.org xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Kabildən təxliyə prosesində iştirak edən Britaniya əsgərlərinin ümumi sayı 900 nəfər olacaq.

Bundan əlavə, Britaniya hökuməti bölgədə əlavə qüvvələr yerləşdirəcək və lazım gələrsə təcili olaraq Əfqanıstana göndərilə bilər.