Yaponiya hökuməti koronavirus səbəbiylə Tokioda fövqəladə vəziyyətin sentyabrın 12-dək uzadılması və eyni zamanda məhdudiyyətlərin daha bir neçə prefekturaya tətbiq edilməsi barədə qərar verib.
Unikal.org TASS-a istinadən xəbər verir ki, bunu Yaponiyanın İqtisadi bərpa naziri Yasutosi Nisimura bildirib.
"Tokio və digər prefekturlarda fövqəladə vəziyyət rejiminin uzadılmasının lazım olduğu qənaətinə gəldik", - deyərək nazir daha yeddi əyalətdə fövqəladə vəziyyət rejiminin 20 avqustdan etibarən tətbiq ediləcəyini deyib.
Son həftələrdə Yaponiyada koronavirusun yayılması ilə bağlı vəziyyət getdikcə pisləşir. Ölkədə bütün pandemiya dövründə koronavirusa yoluxanların sayı 1 milyonu keçən həftə keçdi. Son məlumata əsasən bu say daha 160 minə yaxın artıb. Koronavirusun törətdiyi nəticələrdən ümumilikdə Yaponiyada 15,4 min ölüm hadisəsi qeydə alınıb.