Əfqanıstanda mövcud hakimiyyəti ələ keçirmiş "Taliban" radikal qruplaşması ABŞ-a ciddi xəbərdarlıq edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, taliblər ABŞ ordusu 11 sentyabr 2021-ci il tarixinədək qoşunlarını Əfqanıstandan tam şəkildə çıxarmalı olduğunu bəyan edib.
Qruplaşma bildirib ki, ABŞ hərbçilərinə atəş açmayacaq.
Həmçinin 2-3 gün ərzində Əfqanıstandakı yeni rejimin başçısının kimliyinin müəyyən olunacağı da qeyd edilib.
Ağarza Elçinoğlu