"İnstagram" artıq şəkil paylaşma proqramı olmayacaq.
Unikal.org xəbər verir ki, İnstagram bununla bağlı açıqlama verib.
Foto paylaşma tətbiqi olaraq məşhur olan və son zamanlarda bir çox fərqli xüsusiyyətləri inkişaf etdirən "İnstagram" qısa video paylaşımına daha çox diqqət ayıracağını açıqlayıb.
"İnstagram"ın rəhbəri Adam Mosserin şəxsi hesablarındakı paylaşımında uğurlu rəqibləri Youtube və Tiktokdan nümunə götürərək daha əyləncəli bir video paylaşım tətbiqinə çevrilməyi hədəflədiyini söyləyib.
Açıqlamaya görə, "İnstagram"ın qarşıdakı dəyişiklikləri və təcrübələri, istifadəçilərə izləmədikləri mövzularda məzmun təklif etməyi və daha təsirli bir təcrübə üçün videoları tam ekran halına gətirməyi əhatə edir. Bir müddətdir ki, IGTV, Reels və Story başlıqlarında tam ekran yayımlayan şirkət bu konsepsiyanı daha çox mənimsəmək istəyir.
İndi şəkil paylaşma tətbiqi deyil, alqoritmlərlə idarə olunan əyləncəli bir video paylaşma proqramı olmağı hədəfləndiyi şirkətin tətbiqin fotoşəkil paylaşımına tamamilə bağlanması və ya əlavə təkmilləşdirmələrlə buna nail olub-olmayacağı sual altındadır.