Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç həmvətənlərinə müraciət ünvanlayıb.
Unikal.org xəbər verir ki, eks-prezident çıxışı zamanı Ukraynanın müstəqillik qazandığı 30 il ərzində yol verdiyi səhvləri analiz edib.
O, ölkəsinin yol verdiyi ən böyük səhvin Rusiya ilə mehriban qonşuluq münasibətlərindən imtina etməsi olduğu bildirib:
"Rusiyadan imtina Ukrayna cəmiyyətinin parçalanmasına, sosial qeyri-stabilliyə, dərin iqtisadi böhrana, milliyətçi təşkilatların azğınlaşmasına, müxalifətin təqib olunmasına, rejimə sərf etməyən KİV-lərin bağlanmasına gətirib çıxardı".
Ağarza Elçinoğlu