"Taliban" sözçüsü Zabiullah Mücahid Əfqanıstanda söz və mətbuat azadlığına hörmət ediləcəyini vəd edib.
Unikal.org RİA Novosti-yə istinadən xəbər verir ki, Mücahid informasiya azadlığının cəmiyyət üçün faydalı olacağını, eyni zamanda liderlərin səhvlərini düzəltməyə kömək edəcəyini bildirib.
Xatırladaq ki, 1996-2001-ci illərdə Əfqanıstanda "Taliban" hakimiyyəti dövründə yalnız təbliğat və dini proqramlar yayımlayan radiostansiya (Radio Charia) istisna olmaqla, bütün kütləvi informasiya vasitələri qadağan edilmişdi.