İsrail ordusu Suriyanın Kuneytra bölgəsində yerləşən hərbi obyektə raket zərbələri endirib.

Unikal.org xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi Suriya ordusundakı mənbələrə istinadən məlumat yayıb.

İsrail ordusunun azı 3 raket atdığı bildirilir.

Qeyd olunub ki, İsrail Suriya ordusunun 90-cı briqadasının qərargahına da hücum edib. İlkin məlumata görə, hərbçilər arasında ölən və yaralanan yoxdur.