Rusiyada maraqlı hadisə yaşanıb.
Unikal.org xəbər verir ki, adı açıqlanmayan 22 yaşlı Kirov sakini Moskvadan Sankt-Peterburqa qatarın üstündə gedərək 634 kilometr yol qət edib.
Buna səbəb gəncin dostunu ziyarət etmək istəyi olub. O pulu olmadığı üçün bu cür səyahət üsulunu seçib. Dəmiryol stansiyasında işsiz gənci dostu əvəzinə nəqliyyat polisləri qarşılayıblar. Onunla profilaktik söhbət aparılaraq bu cür səyahətin təhlükəli olması izah edilib.