Rusiyada son sutkada daha 20 992 nəfər COVID-19-a yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 6 705 523 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 785 nəfər artaraq 174 485-ə yüksəlib.

Rusiyada indiyədək koronavirusa yoluxan 5 983 405 nəfər sağalıb.