"Yeni hökumət qurulacağı müddətcə beynəlxalq birlik Əfqanıstana təzyiq etmək əvəzinə öz dəstəyini açıqlamalıdır".
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Çinin Xarici İşlər naziri Vanq Yi deyib.
"Dünya ictimaiyyəti Əfqanıstanı müsbət yöndə qiymətləndirməli və yönləndirməlidir. Əfqanıstan geosiyasi savaş meydanına çevrilməməlidir. Ölkənin müstəqilliyinə və xalqın iradəsinə hörmət edilməlidir", - deyə XİN rəhbəri bildirib.
Ağarza Elçinoğlu