Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulub.

Unikal.org xəbər verir ki, turun son oyununda "Qarabağ" "Səbail"i qəbul edib. "Azərsun Arena"dakı qarşılaşma Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə ilk qolu 30-cu dəqiqədə "Qarabağ"ın hücumçusu Musa Qurbanlı vurub. İlk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə dubl edən 19 yaşlı forvard komandasının üstünlüyünü artırıb - 2:0. Görüşdə son nöqtəni isə 75-ci dəqiqədə Filip Ozobiç qoyub.

Bu qələbədən sonra xallarının sayını 4-ə çatdıran "Qarabağ" 2-ci pilləyə yüksəlib. "Səbail" isə 3 xalla 5-ci sırada qərarlaşıb.