Almaniyanın “Bavariya” klubu tarixi nailiyyətə imza atıb.
Unikal.org-un məlumatına görə, Münhen təmsilçisi “Böyük beşlik” liqalarının mütləq rekordunu gerçəkləşdirib.
Bundesliqanın II turunda “Köln”ə 3:2 hesabı ilə qalib gələn “Bavariya” ardıcıl 74-cü oyunda qol sevinci yaşayıb. Münhenlilər sonuncu dəfə 2020-ci il fevralın 9-da “Leypsiq”lə görüşdə (0:0) meydanı qol vurmadan tərk edib.
Bu, “Böyük beşlik”də yeni rekorddur. Bunadək rekord “Real”a məxsus idi. Madridlilər 2016/17 mövsümündə 73 oyunda qol vurub. İspaniya nəhəngi bu görüşlərdə 200 dəfə fərqlənib. “Bavariya” isə 74 oyunluq seriyada 214 qola sevinib. Bunlardan da 72-si Robert Levandovskinin payına düşür.