“Milan”ın zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub.
Unikal.org xəbər verir ki, isveçli hücumçu milli komandalara görə yaranan fasilədən sonra əsas komanda ilə məşqlərə qoşulacaq. Bu barədə “Milan”ın baş məşqçisi Stefano Pioli klubun mətbuat xidmətinə açıqlamasında deyib. O, 39 yaşlı futbolçunun sentyabrın sonlarında yaşıl meydanlara qayıdacağını bildirib.
İbrahimoviç iyun ayında sol dizindən əməliyyat olunub.