“Everton”un hücumçusu Rişarlison karyerasını Fransa Premyer Liqasında davam etdirə bilər.
Unikal.org xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.
Belə ki, Fransanın “PSJ” futbol klubu oyunçu ilə maraqlanır. Mənbənin sözlərinə görə, “PSJ”-nin rəhbərliyi və məşqçilər heyəti braziliyalı futbolçunu yay transfer pəncərəsində komandadan ayrılmağa yaxın olan Kilian Mbappenin əvəzedicisi kimi görür.
Rişarlisonun “PSJ”də oynayan Neymarla yaxın dost olduğu qeyd olunur.
Qeyd edək ki, Rişarlison “Everton”un heyətində 40 matçda 13 qol vurub və 3 məhsuldar ötürmə edib.