Azərbaycan nümayəndə heyəti "Tokio-2020" Yay Paralimpiya Oyunlarının açılış mərasimindəki paraddan keçib.
Unikal.org xəbər verir ki, tədbirdə 19 nəfərlik heyət iştirak edib.
Azərbaycan bayrağını para-atlet Oloxan Musayev daşıyıb. Pandemiya ilə əlaqədar nümayəndə heyətləri arasında böyük ara məsafəsi olub.
Qeyd edək ki, Tokio paralimpiadasına sentyabrın 5-də yekun vurulacaq.