"Taliban" radikal hərəkatının üzvləri Əfqanıstan Milli Musiqi İnstitutuna hücum edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə institutun direktoru Əhməd Sarmast deyib.
O bildirib ki, talibilər Milli Musiqi İnstitutuna aid musiqi alətləri məhv ediblər. Bəzi musiqi alətləri də oğurlanıb.
Sarmastın sözlərinə görə, Taliban ölkə üzrə musiqini qadağan edib.
Ağarza Elçinoğlu