Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatında növbəti oyununa çıxıb.

Unikal.org xəbər verir ki, Vüqar Əliyevin rəhbərlik etdiyi kollektiv A qrupu çərçivəsində Fransa yığması ilə qarşılaşıb. Oyun Azərbaycan voleybolçularının növbəti məğlubiyyəti ilə bitib.

Azərbaycan yığması Avropa çempionatında Belçika, Bosniya və Herseqovina, Rusiya və Serbiyaya uduzub. Bütün oyunlar 0:3 hesabı ilə başa çatıb. Beləcə, komanda qitə birinciliyini qrup sonuncusu kimi bitirib.

Avropa çempionatı

25 avqust

A qrupu

Azərbaycan – Fransa 1:3 (19:25, 28:26, 11:25, 18:25)