PSJ-nin sahibi Şeyx Tamim Bin Hamad Al-Taninin qardaşı Şeyx Tani Bin Hamad Bin Xalifa Al-Tani növbəti paylaşımı ilə diqqət mərkəzinə düşüb.

Unikal.org-un məlumatına görə, bir gün əvvəl Kriştiano Ronaldonun PSJ formasında şəklini paylaşan qətərli bu dəfə “Real”a “ilişib”.

Al-Tani parislilərin hücumçusu Killian Mbappeni almaq istəyən İspaniya klubuna tələb olunan vəsaiti ödəməyi məsləhət görüb: “Əgər sizi qiymət qane edirsə, bizimlə əlaqə saxlayın. Əks halda isə mövsümü qolfçu ilə bitirin”.

Əmir bununla da “Real”ın futbolçusu Qaret Beylin qolf həvəskarı olmasına da söz atıb. PSJ Madrid klubuna Mbappe üçün 200 milyon avro qiymət qoyub.