Zəngəzurda azərbaycanlı hərbçilərin yolu bağlaması nəticəsində kənd əhalisi üçün ərzaq və tibbi xidmətlərin göstərilməsində ciddi məhdudiyyətlər yaranıb.
Unikal.org xəbər verir ki, bu barədə Ermənistanın insan hüquqları müdafiəçisi ofisinin yaydığı bəyanatda qeyd olunub.
Xüsusilə, Şurnux, Vorotan, eləcə də Bardzravan və Qafan kəndlərinin hər iki hissədən blokadada saxlanılması nəticəsində, sözügedən ərazilərin Ermənistanın digər icmaları ilə əlaqəsi əhəmiyyətli dərəcədə məhdudlaşıb.
Bildirilib ki, hazırda həmin ərazilərə Azərbaycan əsgərləri nəzərat edir və giriş-çıxışı hələ də məhdudlaşdırılmış şəkildə saxlayır.
Qeyd edək ki, bu barədə Ermənistanın Ombudsman aparatı "həyəcan siqnalı" verib.
Ağarza Elçinoğlu