Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı onlara tabe olmayan yeganə vilayətin - Pəncşirin 3 rayonuna nəzarət etdiyini açıqlayıb.
Unikal.org xəbər verir ki, bu barədə hərəkat özünün sosial media hesabında məlumat yayıb.
Bildirilir ki, onlar Pəncşirin əsas keçidlərini ələ keçiriblər.
Həmçinin qeyd edilib ki, tezliklə Əfqanıstanda tam qələbə elan edəcəklər.