Astronomların yeni bir kəşf dövrü açacağını düşündükləri "James Webb" Kosmik Teleskopu 18 dekabrda kosmosa buraxılacaq.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, NASA, Avropa və Kanada Kosmik Agentliklərinin birgə layihəsi olan 10 milyard dollarlıq teleskop, fransız "Qviana" kosmik stansiyasından "Ariane 5" raketinə buraxılacaq.

Hazırda teleskop Kaliforniya ştatınında yerləşən rəsədxanaların birində  saxlanılır. 

Tədqiqatçılar, böyük partlamadan yüz milyonlarla il sonra meydana gələn ilk ulduzlar və qalaktikaları görmək üçün indiyə qədər yaradılmış ən böyük və ən güclü kosmos teleskop  olduğunu  vurğulayıblar. 

 Gülayə  Mecid