Slovakiyada 5 yaşdan 11 yaşa qədər uşaqlara koronavirus peyvəndinin vurulmasının vacib olduğu açıqlanıb.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat paylaşıb. Belə ki, Slovakiyada könüllü olaraq hazırlanan Covid-19 peyvəndi üçün 5 yaşdan yuxarı uşaqlar üçün valideynlərin, pediatrın və ya mütəxəssis həkimin razılığının alınacağı bildirilib.
Ölkədə koronavirus peyvəndinin üçüncü dozası üçün hazırlıqlara başladığı da qeyd edilib. Koronavirus peyvəndinin iki dozasından sonra 8 ay keçən insanların üçüncü dozaya sahib ola biləcəyi, üçüncü dozanın prioritet qrupuna tibb işçiləri, xroniki xəstəlikləri olanlar, müəllimlər və qocalar daxildir.
Qeyd edək ki, Slovakiyada pandemiyanın başlanmasından bəri 12 min 553 nəfər virus səbəbiylə ölüb.