Nyu-Yorkda yerləşən "ProPublica" araşdırma təşkilatı tərəfindən yayımlanan yeni hesabatda "Facebook" işçilərinin "WhatsApp" mesajlarını oxuya və səsləri dinləyə biləcəyi ortaya çıxıb.
Unikal.org xəbər verir ki, hesabata görə, milyonlarla istifadəçinin mesajlarını araşdırmaq üçün İrlandiya və Sinqapurda 1000-dən çox işçinin çalışdığı iddia edilib.
Belə ki, ""WhatsApp"da söhbət edərkən istifadəçinin cihazının ekranında bir bildiriş görünür. Bu söhbət xaricində heç kim mesajlarınızı oxuya və dinləyə bilməz",- deyə bildirilən ilarədir. Amma bu yalnışdır.
Hesabatda, işçilərin yalnız "Facebook" istifadəçilərinin "WhatsApp" istifadəçilərinin işarələdiyi mesajları yoxlamaq üçün süni intellektdən istifadə edildiyi bildirilir.
Gülayə Mecid