Cinayət xəbərləri ilə tez-tez gündəmdə olan Meksikadan  dəhşətli görüntülər gəlib. 

Unikal.org xəbər verir ki, Veracruz əyalətinin Omealca qəsəbəsində kimliyi bilinməyən 20  cəsəd  aşkarlanıb. Artezian quyusunda  tapılan  cəsədlərin kim və  ya kimlər  tərəfindən öldürüldüyü  məlum deyil.  

Əraziyə  polislər  cəlb olunub. 30 metr dərinlikdən tapılan cəsədlər  tibbi  ekspertizaya göndərilib.  Hadisə ilə bağlı istintaq başladılıb.

 Gülayə  Mecid