ABŞ-da ailə faciəsi baş verib.
Unikal.org xəbər verir ki, 5 yaşlı uşaq anasının ölümünə səbəb olub. Belə ki, azyaşlı evdə tapdığı silahla oynamağa başlayıb. Bu zaman 38 yaşlı ana övladına baxmaöa gəlib. Azyaşlı silahla anasına atəş açıb. Nəticədə qadın sinə nahiyəsindən ağır yaralanıb. Təcili yardım helikopteri ilə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.
Qadının ölümü bağlı istintaq işləri aparılır.