"Ermənistan" fraksiyasının deputatı, Zəngəzur bölgəsinin keçmiş qubernatoru Vaqe Akopyan, bölgədəki vəziyyətdən danışıb.
Unikal.org xəbər verir ki, Akopyan Azərbaycanın Gorus-Qafan yolundakı fəaliyyətindəndanışıb.
"Azərbaycan tərəfi Gorus-Qafan yolunda polis keçid məntəqəsi yaradıb. Video görüntüləri internetdə izlədim. Onlar İranın yük maşınlarını saxlayır, gömrük rüsumu tələb edir və yalnız bundan sonra hərəkətə icazə verirlər", - deyə o, qeyd edib.
Akopyan deyib ki, "Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda Vorotan Azərbaycan toponimi kimi xarakterizə edilir. Bu nə deməkdir, anlamıram. Bizə tədricən buranın Azərbaycan ərazisi olduğunu aşılayırlar".
O qeyd edib ki, bu gün Zəngəzurdan daha vacib problem yoxdur:
"Azərbaycan tərəfi hər an Qafan yolunu bağlaya bilər. Yalnız baş nazir Nikol Paşinyanın istefaya getməsi bütün problemləri həll edə bilər".
Ağarza Elçinoğlu