"Azərbaycan polis postunu Gorus-Qafan yolununda görən ermənilərin psixiloji dəstəyə ehtiyacıları var"
Unikal.org news.am-a istinadən xəbər verir ki, bu barədə Gorus merinin müavini Karen Köçəryan bildirib. Onun sözlərinə görə, Gorus-Qafan yolununda vəziyyət hər saat dəyişir:
“Azərbaycan polisi yola nəzarəti gücləndirir. Bütün İran nömrəli avtomobillər saxlanılaraq yoxlanılır, bütün lazimi işlər aparılır. Hələ ki, Ermənistan nömrəsi olan maşınlara dəyib-dolaşan yoxdur. Amma siz təsəvvür edin, 30 ildir ermənilərin nəzarətimizdə olan bir yolda Azərbaycan polisini görən erməni nəcə qorxmasın? Bu ermənilər oranı keçəndə dizləri titrəyir. Onlara psixiloji dəstək lazımdır”, - deyə o qeyd edib.