İspaniyanın Oviedio şəhərində bomba həyəcanı siqnalı verilib.
Unikal.org xəbər verir ki, bununla da ölkənin şimalındakı Oviedo şəhərinin mərkəzi hissəsi tamamilə boşaldılıb. İnsanlar daha təhlükəsiz əraziyə təxliyə olunub.
"Anonim nömrədən telefon zəngi gəldi. Şəxs əraziyə bomba yerləşdirdiklərini ifadə etdi. Protokollara uyğun olaraq bölgənin bir hissəsini boşaltmağa başladıq" deyən şəhər polis sözçüsü, təxliyə işlərinin davam etdiyini bildirib.
Ərazidə axtarış işləri aparılır.
Gülayə Mecid