Bakı Şəhər Baş Səhiyyə Mərkəzinin direktoru Nelli Veyisova tutduğu vəzifədən azad edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev əmr imzalayıb.

Z.Əliyevin digər əmri ilə, Bakı Şəhər Baş Səhiyyə Mərkəzinin direktoru vəzifəsinə Elçin Əmirov təyinat alıb. O, bu təyinatadək Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. O, bu gün kollektivə təqdim edilib.

Hüseyn İsgəndərov