“Şəhid və qazilərin ailələrinə qarşı hər hansı hörmətsizliyi bizim qəbul etməyimiz mümkün deyil. Əgər belə hallar baş verərsə, bu, millətimizin ürəyində sorğu-sual olunar, qəbul edilməz və lazım olan reaksiyanı alar”.

Unikal.org xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda keçirilən mətbuat konfransında deyib. O qeyd edib ki, şəhidlərə nə qədər minnət və şükran duysaq, azdır:

“Hər zaman bildiririk ki, şəhidlərimizə hörmətimiz sonsuzdur. Qazilərimiz baş tacımızdır. Onların sağlamlığına qovuşması üçün əlimizdən gələni edirik. Ancaq bütün bunların hamısının fövqündə şəhidlərimiz və onların ailələri gəlir. Onların həqiqətən də heç bir şəkildə incidilməməsi üçün biz Türkiyə, siz isə Azərbaycan olaraq əlinizdən gələn hər cür fədakarlığı etdik və buna da davam edəcəyik. Bir sözlə, onların rahat olması üçün sahib olduqları şərəf və qüruru qorumalıyıq”.