Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hər bir mehmanxana (hotel) fəaliyyətə başladığı tarixdən 6 (altı) ay ərzində ulduz kateqoriyası əldə etməlidir. 

"Unikal" xəbər verir ki, bu, yeni hazırlanan "Turizm haqqında" qanun layihəsində qeyd olunub.

Bə ki, mehmanxanaların (hotellərin) ulduz kateqoriyalarının müəyyən edilməsi “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları əsasında həyata keçirilir.

Qeyd edək ki, yeni layihə parlamentin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirə olunur.

Anar Kəlbiyev