Qubada 74 yaşlı qadın dəm qazından boğulub.
"Unikal" xəbər verir ki, rayon sakini, 1947-ci il təvəllüdlü Bənövşə Cavadova yaşadığı evdə dəm qazından zəhərlənib. Zəhərlənən qadın ailə üzvləri tərəfindən Quba Rayon Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.